Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Hazırda oxunan: Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

632069

"OpenAI" şirkəti yeniyetmələr üçün xüsusi "ChatGPT" versiyasının tətbiqinə başlayıb.

Bizim.Media xəbər verir ki, şirkətin məlumatına görə, yeni versiya yeniyetmələrə dərs oxumaq, tapşırıqları həll etmək və yeni ideyalar öyrənməkdə kömək edəcək.

"ChatGPT"nin yeniyetmələr üçün nəzərdə tutulan versiyasında ev tapşırıqları ilə bağlı xatırlatmalar, təhsil alətləri ilə tanışlıq, öyrənilən materialın nə dərəcədə mənimsənildiyini yoxlamaq kimi funksiyalar yer alır.
 

Bundan əlavə, versiyada yaşa uyğun təhlükəsizlik tədbirləri, süni intellektdən balanslı istifadəyə kömək edən alətlər və valideyn nəzarəti funksiyaları da təqdim olunur.


Şirkət qeyd edib ki, bəzi funksiyaların əlçatanlığı regiondan asılı olaraq dəyişə bilər. Yeniyetmələr üçün "ChatGPT"nin dünya üzrə tətbiqinə avqustun 18-dən başlanılıb.

Sistem istifadəçinin profilində qeyd olunan və ya süni intellekt tərəfindən müəyyən edilən yaş məlumatına əsasən onun 18 yaşdan kiçik olduğunu müəyyən etdikdə, avtomatik olaraq yeniyetmələr üçün nəzərdə tutulan versiyanı aktivləşdirəcək. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO