43 il toxunmadığı maşınını 65 min avroya satdı

43 il toxunmadığı maşınını 65 min avroya satdı

Hazırda oxunan: 43 il toxunmadığı maşınını 65 min avroya satdı

632066

Fransada 1982-ci ildə sürücülük imtahanından keçə bilməyən sahibinin samanlıqda saxladığı “Renault 5” 43 il sonra üzə çıxarılıb. Cəmi 12 kilometr yol qət edən avtomobil hərracda ilkin təxmin edilən qiymətindən dəfələrlə baha satılıb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Bourgogne bölgəsindəki bir kənddə tapılan avtomobil Aguttes hərrac evinin Parisdə keçirdiyi açıq satışa çıxarılıb. Avtomobilin 5-10 min avro arasında qiymətə satılacağı gözlənilsə də, hərracın sonunda məbləğ 64 453 avroya yüksəlib.
 

Avtomobilin ilk sahibi 1982-ci ilin oktyabrında 1108 kubsantimetr mühərrikli, 4 pilləli sürət qutusu olan 5 qapılı “Renault 5” sifariş edib. Avtomobil sahibinə çatdırıldıqdan sonra isə sürücülük vəsiqəsi imtahanından keçə bilmədiyi üçün samanlığa yerləşdirilib.


“Renault 5” həmin vaxtdan etibarən heç istifadə olunmadan eyni yerdə qalıb. Onun odometrində cəmi 12 kilometr göstərilir.

Avtomobilin orijinallığını artıran digər məqam isə 1982-ci ildə Chalon-sur-Saone şəhərindəki diler tərəfindən verilmiş satış sənədlərinin və sifariş formasının qorunub saxlanılmasıdır.

1972-1984-cü illər arasında istehsal olunan “Renault 5” modelindən 5 milyondan çox avtomobil satılıb. Lakin 43 il ərzində demək olar ki, toxunulmadan saxlanılan bu nümunə nadir kolleksiya avtomobili kimi hərrac iştirakçılarının böyük marağına səbəb olub. (müsavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO