Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Hazırda oxunan: Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

631680

Avqustun 17-də günorta saatlarında Qərbi Kabildə özəl məktəb binasının yaxınlığında partlayış baş verib.

Bizim.Media “incidentia.ru”ya istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə şagird xəsarət alıb. Ölənlərin və yaralananların dəqiq sayı hələlik məlum deyil.
 

Səhiyyə sahəsindəki mənbənin verdiyi məlumata görə, qumbara təhsil müəssisəsinin qarşısındakı döngədən atılıb. Hadisə dərslər bitdikdən dərhal sonra məktəbin həyətində baş verib. Sözügedən məktəb əsasən şiə icmasının nümayəndələri olan həzarələrin yaşadığı rayonda yerləşir.


Məlumatda qeyd olunub ki, yaralılar arasında həm oğlanlar, həm də qızlar var və onların əksəriyyəti azyaşlı uşaqlardır. Bir neçə şagird xəstəxanaya çatdırılsa da, xəsarətlərinin dərəcəsi hələ müəyyən edilməyib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. "Taliban" rəsmiləri hadisə ilə bağlı hələlik heç bir şərh verməyiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO