Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Hazırda oxunan: Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

631672

Çində onilliklərdir həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma proqramlarının bəzi bölgələrdə su ehtiyatlarının azalmasına səbəb olduğu müəyyən edilib.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, alimlər 2001-2020-ci illərdə Çində bitki örtüyündə baş verən dəyişiklikləri araşdırıblar.
 

Nəticələr göstərib ki, meşələrin genişlənməsi yağıntının artmasına kömək etsə də, ağacların daha çox su buxarlandırması bir sıra ərazilərdə istifadəyə yararlı suyun miqdarını azaldıb.


1980-ci illərdən indiyədək Çində təxminən 78 milyard ağac əkilib. 2001-2020-ci illər ərzində ölkənin meşə sahəsi 226 min kvadratkilometr artıb. Eyni dövrdə otlaq sahələri 158 min, səhra və bitkisiz ərazilər isə 107 min kvadratkilometr azalıb.

Tədqiqatçılar müəyyən ediblər ki, bitki örtüyünün artması nəticəsində illik su buxarlanması orta hesabla 1,71 millimetr, yağıntı isə 1,24 millimetr yüksəlib. Buna görə də yağıntı ilə buxarlanma arasındakı fərq əsasında hesablanan mövcud su ehtiyatı ildə orta hesabla 0,46 millimetr azalıb.
 

Xüsusilə otlaq ərazilərin meşəyə çevrildiyi yerlərdə bu təsir daha güclü olub. Belə ərazilərdə hər il əlavə 8,44 milyard kubmetr su buxarlanıb, yağıntı isə 5,08 milyard kubmetr artıb. Nəticədə istifadəyə yararlı suyun həcmi 3,36 milyard kubmetr azalıb.


Alimlər qeyd edirlər ki, təsir bütün bölgələrdə eyni olmayıb. Atmosfer axınları ağacların havaya buraxdığı rütubəti başqa ərazilərə daşıyıb. Tibet yaylasında su əlçatanlığı artdığı halda, Çinin şimal-qərbində və şərq musson bölgəsində azalma qeydə alınıb.

Mütəxəssislərin fikrincə, yaşıllaşdırma proqramlarının uğuru yalnız əkilən ağacların sayı ilə ölçülməməlidir. Ağacəkmənin ekoloji faydaları ilə yanaşı, xüsusilə quraq bölgələrdə su ehtiyatlarına təsiri də nəzərə alınmalıdır. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO