Marko Rubiodan sərt pəhrizlər barədə gözlənilməz AÇIQLAMA

Marko Rubiodan sərt pəhrizlər barədə gözlənilməz AÇIQLAMA

Hazırda oxunan: Marko Rubiodan sərt pəhrizlər barədə gözlənilməz AÇIQLAMA

630968

ABŞ dövlət katibi Marko Rubio Robert F. Kennedi Jr.-ın təbliğ etdiyi sağlam həyat tərzi təşəbbüsü və dəbdə olan sərt pəhrizlər barədə gözlənilməz açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, 55 yaşlı Rubio The Katie Miller Podcast verilişində həyat yoldaşı Janett ilə birlikdə ailə həyatı, din və qidalanma vərdişlərindən danışıb.

Aparıcının onun səhiyyə naziri Robert F. Kennedi Jr.-ın əsasən qırmızı ət və fermentləşdirilmiş tərəvəzlərdən ibarət sərt pəhrizinə keçib-keçmədiyini soruşması Rubioya xoş gəlməyib.

“Xeyr, bu, dəlilikdir. Bu, kələm turşusu və ət pəhrizidir. Mən bütün dünyanı kələm soyuducusu ilə gəzmək fikrində deyiləm! Bu, gülüncdür”, – Rubio deyib.

Dövlət katibi ümumilikdə “Make America Healthy Again” (MAHA) hərəkatını dəstəklədiyini, lakin onun prinsiplərinə özünün tam əməl edə bilmədiyini bildirib.
 

Rubionun həyat yoldaşı isə onun şirniyyata, xüsusilə ABŞ-da məşhur olan Pop-Tarts şirniyyatlarına böyük marağı olduğunu açıqlayıb.


“O, yeməməli olduğu hər şeyi yeyir. Şəkər olan hər şeyi süpürüb aparır”, – Janett Rubio deyib.

Marko Rubio isə şəkərdən kəskin imtinanın onu son dərəcə əsəbi etdiyini söyləyib. O, bir vaxtlar yüksək yağ və minimum karbohidrat qəbulunu nəzərdə tutan keto-dietaya əməl etməyə çalışdığını, lakin bunun onun üçün uğursuz təcrübəyə çevrildiyini bildirib.

“Bu, mənim üçün az qala psixotik bir hadisə idi”, – Rubio etiraf edib.

O, zarafatla deyib ki, dövlət katibi vəzifəsində keto-dietaya davam etsəydi, prezidentin kabinetinə girərək “Cənab Prezident, biz Paraqvayı bombalamalıyıq!” deyə bilərdi. Səbəbi soruşulanda isə “Bilmirəm, sadəcə dəhşətli dərəcədə əsəbiyəm, çoxdandır şəkər yeməmişəm” cavabını verəcəyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO