Çeçenistan rəhbəri Ramzan Kadırov çeçenlərin böyük kontingentini Ukraynadakı müharibəyə göndərməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Economist" nəşrinə Çeçenistan rəhbərliyinə yaxın mənbə məlumat verib.
Nəşrin həmsöhbəti "Moskvanın Ukraynadakı maraqları nə olursa-olsun, biz onlardan son dərəcədə uzağıq" ifadəsini işlədib. Mənbənin sözlərinə görə, Kadırov özünü "Putinin piyadası" adlandırsa da, respublika əhalisini "rus dünyası" uğrunda qurban vermək istəmir.
Xatırladaq ki, bu ilin aprelində Vladimir Putinlə görüşündə Çeçenistan rəhbəri rəsmən cəbhəyə 70 mindən çox hərbçi hazırladıqlarını bəyan etmişdi.
Bu göstərici Çeçenistandakı bütün kişi əhalisinin 9%-ni təşkil edir və Rusiya regionları arasında ən yüksək rəqəm sayılırdı. Lakin "Mediazona"nın məlumatına görə, müharibə başlayandan bəri cəmi 540 çeçenin ölümü rəsmən təsdiqlənib. Bu da Rusiyanın ümumi itkilərinin cəmi 0,2%-dir.
Çeçenlərin əvəzinə kimlər döyüşür?
Əməliyyatlar üçün hazırlanmış hərbçilərin sayı ilə müqayisədə itkilərin bu qədər az olması çeçen bölmələrinə Rusiyanın digər regionlarından könüllülərin cəlb edilməsi ilə izah olunur.
Müharibə başladıqdan sonra Çeçenistanda yaradılan "Ahmat" könüllü batalyonuna bütün Rusiya üzrə şəxslər qəbul edilir. "Ahmat"ın komandiri Apti Alaudinov ötən ilin mayında etiraf etmişdi ki, bölmənin canlı qüvvəsinin cəmi dörddə biri çeçenlərdir.
Bununla yanaşı, nəşrin mənbəsi bildirib ki, "Ahmat" tərkibində döyüşən çeçenlərə "həddindən artıq canfəşanlıq etməmək və özlərini qorumaq" tapşırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:14 / 12.08.2026
Kadırov çeçenləri müharibəyə göndərməkdən İMTİNA ETDİ
Hazırda oxunan: Kadırov çeçenləri müharibəyə göndərməkdən İMTİNA ETDİ
Hazırda oxunan: Kadırov çeçenləri müharibəyə göndərməkdən İMTİNA ETDİ
630735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































