Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hazırda oxunan: Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını
630637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, son bir həftə ərzində Hörmüz boğazından gündəlik daşınan neftin orta gündəlik həcmi təxminən 9 milyon barelə çatıb.

Bizim.Media xəbər verir ki, o, bunu "X" sosial şəbəkə hesabında açıqlayıb.

"ABŞ hərbçilərinin və Fars körfəzindəki müttəfiqlərimizin əlaqələndirilmiş səyləri sayəsində son yeddi gün ərzində Hörmüz boğazından orta neft ixracı gündə təxminən 9 milyon barelə çatıb", - o yazıb.
 

Nazirin sözlərinə görə, əgər bu yaxınlarda təkmilləşdirilmiş boru kəmərləri və ixrac terminalları vasitəsilə regiondan gündə əlavə 5-7 milyon barel ixracı da nəzərə alınsa, ümumi neft daşınması hazırda gündə orta hesabla 15 milyon barel təşkil edir.


K.Rayt qeyd edib ki, təkcə bazar günü Fars körfəzi regionundan 20 milyon bareldən çox neft ixrac edilib ki, bu da İranla münaqişədən əvvəlki orta göstəricini üstələyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO