İran parlamentində Qalibafın istefası tələb edildi

İran parlamentində Qalibafın istefası tələb edildi

Hazırda oxunan: İran parlamentində Qalibafın istefası tələb edildi
630171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İran parlamentinin üzvü Məhəmmədtəqi Nəqdəli parlamentin iclasında spiker Məhəmməd Baqir Qalibafa danışıqlar qrupunun rəhbərliyindən istefa verməyi təklif edib.

Bizim.Media bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
 

Nəqdəli bildirib ki, Qalibaf danışıqlar qrupunun rəhbəri və Çinlə əlaqələrin koordinasiyasına məsul şəxs vəzifələrindən istefa verərək əsas fəaliyyətinə - parlamentin işinin idarə olunmasına diqqət yetirməlidir.


Nəqdəli həmçinin parlamentin ölkə əhalisinin dolanışığı ilə bağlı konkret fəaliyyət planının olmadığını iddia edib.

"İnsanlar bizdən soruşurlar ki, parlamentin xalqın dolanışığı üçün planı nədir? Parlamentin hazırkı vəziyyətini nəzərə alsaq, bu suala cavabımız yoxdur", - deyə o bildirib.

Deputat əlavə edib ki, mövcud tendensiya parlamentin nüfuzuna mənfi təsir göstərib və bəzi deputatlar ölkənin əsas və mühüm məsələlərindən xəbərsizdirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO