Dünyanın ən gözəl sözləri SEÇİLDİ – Türk dilində bu SÖZDÜR

Dünyanın ən gözəl sözləri SEÇİLDİ – Türk dilində bu SÖZDÜR

Hazırda oxunan: Dünyanın ən gözəl sözləri SEÇİLDİ – Türk dilində bu SÖZDÜR

629974

75-dən çox dildən 223-dən çox sözün qiymətləndirildiyi beynəlxalq araşdırmada dünyanın ən gözəl sözü seçilib.

Bizim.Media Türkiyə mətbuata istinadla xəbər verir ki, sözlər səslənməsi, mənası, dil xüsusiyyətləri və mədəni qarşılığı kimi meyarlar əsasında dəyərləndirilib.

Nəticədə qalib Maori dilindəki “Kaitiakitanga” sözü olub.

Türk dilindən “Yakamoz” sözü seçilib

Araşdırmanın 15 sözdən ibarət qısa siyahısında türk dilindən “yakamoz” sözü də yer alıb. Söz ay işığının suyun səthində yaratdığı gümüşü parıltı mənasında təqdim edilib. “Yakamoz”un bir sözlə geniş bir mənzərəni ifadə etməsi və səslənməsi onun siyahıya daxil edilməsində əsas amillərdən biri olub.

Maori dilindəki “Kaitiakitanga” sözü təbiəti gələcək nəsillər üçün qorumaq və ona qayğı göstərməklə bağlı mənəvi məsuliyyəti ifadə edir.

Araşdırmada sözün yalnız səslənməsi deyil, daşıdığı məna və mədəni əhəmiyyəti də nəzərə alınıb.

Siyahıda hansı sözlər var?

“Mamihlapinatapai” – iki insanın nəyisə başlatmaq istəyib tərəddüd etdiyi anda bir-birinə baxması

“Hiraeth” – itirilmiş və ya heç vaxt tam yaşanmamış doğma yurda dərin həsrət

“Ikigai” – insana yaşamaq və səhər yuxudan qalxmaq üçün motivasiya verən həyat məqsədi

“Saudade” – yoxluğu hiss edilən insana və ya nəyəsə duyulan həm ağrılı, həm də gözəl həsrət kimi sözlər də yer alıb.

Siyahıda həmçinin “Kintsugi”, “Ubuntu”, “Naz”, “Aura”, “Zephyr” və “Ojalá” kimi sözlər də təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO