Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Hazırda oxunan: Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

629680

ABŞ Prezidenti Donald Tramp donorlarla şəxsi görüşündə bildirib ki, o, vitse-prezident Cey. Di. Vensin 2028-ci il prezident seçkilərində qalib gəlməsini istəyir.

Bizim.Media xəbər verir ki, “The Washington Post” qəzetinin avqustun 6-da verdiyi məlumata görə, Tramp bu istəyini təxminən iki həftə əvvəl Oval Ofisdə donorlarla görüşündə ifadə edib.

Məlumata görə, bu şərh Trampın son bir ildəki ictimai mövqeyindən fərqlənir. O, əvvəllər Vens ilə dövlət katibi Marko Rubio arasında rəqabəti təşviq edib, hər ikisini tərifləyib, birlikdə namizəd ola biləcəklərini bildirib və üstünlük verilən varisin adını çəkmək istəməyib.
 

Ağ Evin müşavirlərindən biri görüşdən sonra qeyd edib ki, Prezident Vensin özündən sonra Respublikaçılar partiyasına rəhbərlik etməsi qərarına gəlib, lakin onun namizədliyini nə vaxt elan edəcəyi və ya açıq şəkildə dəstəkləyəcəyini müəyyən etmək hələ tezdir.


Lakin Trampın digər altı müttəfiqi və məsləhətçisi buna tam əmin deyil. Onlar qeyd ediblər ki, Prezident fərqli insanlara müxtəlif sözlər deyir və yenə də fikrini dəyişə bilər.

Ağ Evin bir rəsmisi deyib:

“Bunun qəti qərar olduğunu düşünən hər kəs sadəcə hadisələri çox qabaqlayır və ya Prezidenti yaxşı tanımır”.

Vens isə planlarını açıqlamayıb. Vitse-prezidentlə danışan insanlar onun hələ qərarsız olduğunu bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO