Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Hazırda oxunan: Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

629555

İspaniyanın Seuta şəhərinin hakimiyyət orqanları qeyri-qanuni miqrantların uşaqlarını yerləşdirmək məqsədilə iki yerli məktəbin sığınacaq kimi yenidən qurulmasına başlayıb.

Bizim.Media "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu addım İspaniyanın Gənclər Nazirliyinin rəsmi müraciəti əsasında atılıb. Nazirlik prosesin maliyyələşdirilməsini və lazımi infrastrukturun qurulmasını öz öhdəsinə götürüb.

Məlumata görə, hazırda "Reina Sofia" və "Principe Felipe" məktəbləri müvəqqəti sığınacaq kimi açılmağa tam hazır vəziyyətə gətirilir.
 

Artıq təhsil müəssisələrinin qarşısında uşaqlar üçün qida, geyim və digər zəruri ilkin tələbat mallarının boşaldılması prosesi həyata keçirilir.


Xatırladaq ki, iyul ayının sonunda Mərakeşdən olan on minlərlə qanunsuz miqrant Şimali Afrikada yerləşən İspaniyanın Seuta muxtar şəhərinə kütləvi şəkildə daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO