Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Hazırda oxunan: Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi
629356
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə dünyasını dəyişmiş şəxslərin meyitlərinin yandırılmasını (kremasiyasını) qadağan edən fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

Dəyişikliklər “Dəfn və dəfn işi haqqında” qanuna daxil edilib.

Qeyd olunub ki, qanunun məqsədi dəfn işi sahəsində hüquqi tənzimləməni təkmilləşdirmək, həmçinin ritual fəaliyyətlə bioloji obyektlərlə rəftarla bağlı sanitariya-texniki tədbirləri bir-birindən ayırmaqdır.
 

Qanun meyitlərin oda verilməsini, dünyasını dəyişmiş insanların, abort olunmuş və ya ölü doğulmuş uşaqların cəsədlərinin yandırılması üçün krematoriyaların istifadəsini qadağan edir.


Bununla belə, tibbi müdaxilə nəticəsində qalan insan orqan və toxumalarının məhv edilməsinə icazə verilir.

Bəyanatda deyilir ki, qanun həmçinin mərhumun külü olan küplərin dəfn edilməsinə və yenidən dəfn edilməsinə icazə verən müddəaları aradan qaldırır.

Qanun 25 iyun 2026-cı ildə qəbul edilib. Sənəd rəsmi dərc edildiyi gündən 10 gün sonra, yəni 14 avqustda qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO