Ukrayna müharibədə mövqelərini gücləndirir - Polşanın analitik mərkəzi

Ukrayna müharibədə mövqelərini gücləndirir - Polşanın analitik mərkəzi

Hazırda oxunan: Ukrayna müharibədə mövqelərini gücləndirir - Polşanın analitik mərkəzi

629266

İran ətrafında yaranmış vəziyyət Ukraynaya uzunmüddətli təsir göstərərək həm Rusiya ilə danışıqların gedişini, həm də Qərbin Kiyevə dəstəyinin xarakterini dəyişir.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın aparıcı analitik mərkəzi PISM araşdırma yayıb.

Analitiklərin qiymətləndirməsinə görə, ABŞ-ın Yaxın Şərq böhranına cəlb olunması Vaşinqtonun xarici siyasət prioritetlərini dəyişib və Ukraynaya, xüsusilə hava hücumundan müdafiə sahəsində ayrılan resursları azaldıb. Söhbət əsasən Patriot zenit-raket kompleksləri üçün nəzərdə tutulan PAC-3 raketlərindən gedir. Bildirilir ki, onların əhəmiyyətli hissəsi İrana qarşı əməliyyatlar zamanı istifadə olunub.
 

PISM həmçinin qeyd edir ki, Yaxın Şərqdəki gərginlik Ukrayna ilə bağlı danışıqları müvəqqəti ləngidib. Araşdırmada vurğulanır ki, ABŞ üçün əsas prioritet İranla aparılan danışıqlar olub və bu, Rusiyaya diplomatik prosesi uzatmaq üçün əlavə imkan yaradıb.


Bununla yanaşı, analitiklər hesab edirlər ki, böhran Kiyev üçün yeni imkanlar da açıb. Ukrayna artıq yalnız hərbi yardım alan ölkə kimi deyil, pilotsuz uçuş sistemləri sahəsində texnoloji tərəfdaş kimi qəbul edilir.

Araşdırma müəlliflərinin fikrincə, müttəfiqlər təkcə Ukraynanın istehsal etdiyi texnologiyalara deyil, həm də müharibə zamanı qazandığı unikal döyüş təcrübəsinə maraq göstərirlər.

PISM vurğulayır ki, müdafiə texnologiyalarının inkişafı, o cümlədən Drone Deals təşəbbüsü, Ukraynanın beynəlxalq mövqelərinin güclənməsində əsas alətlərdən birinə çevrilə bilər. Bununla belə, imzalanmış sazişlərin icrasının hələlik məhdud səviyyədə olduğu qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO