Qırğızıstan və Özbəkistan sərhədlərin demarkasiyası razılaşmaları çərçivəsində əvvəllər Özbəkistanın Fərqanə vilayətinə aid olan Çon-Qara və Taş-Dobo kəndlərinin rəsmi mübadiləsi üçün təşkilati və texniki işlərə başlayıblar.
Bizim.Media xəbər verir ki, avqustun 3-də fəaliyyətə başlayan birgə işçi qrupu kəndlərdə sakinlərin qeydiyyatını aparır və sənədləşmə prosesini həyata keçirir.
Təxminən 2500 nəfər əsasən etnik qırğız sakinin yaşadığı bu yaşayış məntəqələrində qeydiyyat bitdikdən sonra onlara Qırğızıstan vətəndaşlığı veriləcək.
Öhdəliklərə əsasən, Qırğızıstan bunun müqabilində Özbəkistana ekvivalent ölçüdə torpaq sahələri təqdim edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:06 / 04.08.2026
Bu kənd mübadilə edilir – Eyni ölçüdə torpaq sahələri veriləcək
Hazırda oxunan: Bu kənd mübadilə edilir – Eyni ölçüdə torpaq sahələri veriləcək
Hazırda oxunan: Bu kənd mübadilə edilir – Eyni ölçüdə torpaq sahələri veriləcək
629186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































