ABŞ-ın 25 ştatı Tramp administrasiyasını məhkəməyə VERDİ

ABŞ-ın 25 ştatı Tramp administrasiyasını məhkəməyə VERDİ

Hazırda oxunan: ABŞ-ın 25 ştatı Tramp administrasiyasını məhkəməyə VERDİ

629161

ABŞ-ın 25 ştatı Prezident Donald Tramp administrasiyasının ölkənin 60 ticarət tərəfdaşından idxal edilən məhsullara qarşı tətbiq etdiyi yeni rüsumlara qarşı məhkəmə iddiası qaldırıb.

Bizim.Media xəbər verir ki, Kaliforniya, Arizona və Oreqon baş prokurorlarının rəhbərlik etdiyi koalisiya ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edib.

İddia ərizəsində bildirilir ki, administrasiya səlahiyyətlərini aşaraq 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsasən qanunsuz tariflər tətbiq edib. Ştatlar bu qərarın amerikalılar üçün yaşayış xərclərini artırdığını, kiçik bizneslərə ağır yük yaratdığını və iqtisadiyyatda xaosa səbəb olduğunu vurğulayıblar.

Məhkəmədən tarif qərarının qanunsuz elan edilərək ləğvi, icrasının dayandırılması və ödənilən rüsumların geri qaytarılması tələb olunur.

Qeyd edək ki, ötən ay ABŞ Ticarət Nümayəndəliyi məcburi əmək təcrübələri ilə bağlı araşdırmalar çərçivəsində 60 ticarət tərəfdaşına 10 faiz və ya 12,5 faiz həcmində gömrük rüsumu tətbiq olunacağını elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO