Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Hazırda oxunan: Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi
628217
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Venesuela Xarici İşlər Nazirliyi İranın Karakasdakı səfiri Əli Çeqini nazirliyə çağıraraq ona rəsmi etiraz notası təqdim edib.
 
Bizim.Media xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
 

Məlumata görə, etiraz notasının təqdim edilməsinə səbəb İran rəsmilərinin Venesuela dövlət institutları və hakimiyyəti barədə "aşağılayıcı və yolverilməz" hesab edilən açıqlamaları olub.


Bəyanatda qeyd olunub ki, İrandan Venesuela Bolivar Respublikasının ləyaqətini, suverenliyini, dövlət institutlarının bütövlüyünü və nüfuzunu sarsıda biləcək bütün ifadə və müqayisələrə son qoyması tələb edilib.

Qeyd edək ki, söhbət İranın xarici işlər naziri Abbas Əraqçinin "Mehr" agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərdən gedir. O, müsahibəsində "Bu, Venesuela deyil ki, bir nəfəri aparan kimi hamı qorxub geri çəkilsin", - deyə bildirmişdi.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO