Britaniyanın yeni Baş naziri: “Trampdan qorxmuram” - VİDEO

Britaniyanın yeni Baş naziri: “Trampdan qorxmuram” - VİDEO

Hazırda oxunan: Britaniyanın yeni Baş naziri: “Trampdan qorxmuram” - VİDEO

627592

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem ABŞ Prezidenti Donald Trampla fikir ayrılığı yaranacağı təqdirdə buna açıq şəkildə qarşı çıxmaqdan çəkinməyəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Börnem dünyanın daim dəyişdiyini və vəziyyəti inkişaf etdikcə qiymətləndirmək lazım olduğunu deyib.

“Mən əvvəlcədən deyə bilmərəm ki, onunla heç vaxt razılaşmayacağam və ya Britaniyanın maraqları tələb edərsə, fərqli mövqeyimi açıq şəkildə bildirməli olmayacağam. Əgər buna ehtiyac yaranarsa, bunu edəcəyəm. Mənim gücüm həmişə insanlara, cəmiyyətə yaxın olmağımda olub. Baş nazir olmağım bunu dəyişməyəcək”, – deyə Börnem bildirib.

Jurnalistin “Yəni zəruri hesab etsəniz, Donald Trampa açıq şəkildə etiraz etməyə hazırsınız?” sualına Börnem “Əlbəttə” cavabını verib.

“İstənilən lider belə davranmalıdır. Hər şeydən əvvəl öz ölkəsinin milli maraqlarını qorumağa borclusunuz. Vəzifənizi düzgün yerinə yetirmək istəyirsinizsə, məhz bunu etməlisiniz”, – deyə Böyük Britaniyanın baş naziri vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO