DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

Hazırda oxunan: DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

625653

Rusiyada bəzi məşhur kvas markalarında sintetik dadlandırıcılar, həddindən artıq spirt və güclü maya dadından ibarət qarışıq aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Keyfiyyət Sistemi (Roskaçestvo) məlumat yayıb.

Məlumata görə, "Joltaya Boçka" ("Sarı Çəllək") kvasının tərkibində göstərilən "Marmix 25" dadlandırıcı qarışığının əslində üç güclü dadlandırıcını – asesulfam kalium (E950), natrium siklamat (E952) və natrium saxarin (E954) maddələrindən ibarət olduğu məlum olub. Eyni qarışıq "Moya Tsena" ("Mənim Qiymətim") kvasında da aşkar olunub.

Bu cür qarışıqlar istehsalçılara tez-tez adi şəkərdən daha az istifadə etməyə və karbohidrat miqdarını azaltmağa imkan verir.

Sintetik dadlandırıcılar fermentasiyaya uğramır, bu da içkinin şirinliyini daha uzun müddət qorumasına və eyni zamanda şəkərlə dadlandırılmış içkilərə tətbiq edilən aksiz vergisindən yayınmağa imkan verir. Bununla belə, həmin maddələr həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər.

"Roskachestvo" "Zelenaya Liniya" kvasında etil spirti miqdarının yol verilən həddi aşdığını müəyyən edib.

Həmçinin məhsulun ətri və dadı ilə bağlı problemlər də aşkarlanıb. Bu amillər kvasın həddindən artıq fermentasiyaya uğradığını göstərə bilər. Oxşar problemlər "Tsarskie Pripası" kvasında da aşkarlanıb.








Melisa,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO