Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Hazırda oxunan: Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq
625090
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) kiberhücumlarla əlaqədar Rusiyanın Aİ yanındakı nümayəndəsini çağıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib. Məlumat Aİ-nin diplomatik xidmətinin saytında yerləşdirilib.

Onun sözlərinə görə, Rusiya kiberhücumlarının miqyası və intensivliyi getdikcə artır.
 

"İlk dəfədir ki, Aİ və Böyük Britaniya eyni vaxtda bu hücumları təmin edən daha geniş ekosistemə, o cümlədən cinayətkarlara, haktivistlərə və Mosvkanın göstərişi ilə fəaliyyət göstərən şirkətlərə qarşı sanksiyalar tətbiq edib", – deyə Kallas əlavə edib.


O, həmçinin iddia edir ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni kiber-sanksiyalar paketi indiyə qədər qəbul edilmiş ən böyük paketdir.

Qeyd edək ki, iyulun 13-də Avropa Birliyi Şurası Rusiyanı Ukrayna da daxil olmaqla on Avropa ölkəsinə qarşı "zərərli kiber fəaliyyətlərdə" ittiham edən bəyanat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO