Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

Hazırda oxunan: Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

623652

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin sentyabrın 24-də ABŞ-yə rəsmi səfər edəcək.

Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat verib.

Ağ Evin rəhbəri müvafiq suala cavab verərkən bildirib: “Sədr Si sentyabrın sonuna yaxın, zənnimcə, ayın 24-də bura gələcək”.

Xatırladaq ki, Tramp mayın 13–15-də Çinə səfər etmişdi. Si Cinpin bu səfəri tarixi adlandırmış, ABŞ lideri isə Çinlə "fantastik ticarət müqavilələri" əldə olunduğunu bildirmişdi.

Bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin də Si Cinpinin dəvəti ilə Çinə səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO