Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Hazırda oxunan: Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

623462

Böyük Britaniyanın Şimali Yorkşir qraflığındakı bələdiyyə zibilliklərindən birində Müdafiə Nazirliyinə aid gizli sənədlər aşkar edilib.

Bizim.Media xəbər verir ki, "First News Media"nın məlumatına görə, sənədlər təsadüfi bir şəxs tərəfindən tapılıb.

Zibillik, təxminən 13 min hərbi qulluqçunun yerləşdiyi Britaniya ordusunun ən böyük bazası olan Kətterik qarnizonundan təxminən 4 kilometr aralıda yerləşir.
 

Tapılan materiallarda hərbi qulluqçuların şəxsi məlumatları, silahların saxlanılması, qarovul dəyişmə qrafikləri, təhlükəsizlik qaydalarının pozulması və fövqəladə hallara reaksiya protokolları haqqında məlumatların olduğu bildirilir.


Hadisə ilə əlaqədar Kral Hərbi Polisi dərhal rəsmi istintaqa başlayıb. Britaniya ordusunun rəsmi nümayəndəsi isə bildirib ki, ilkin qiymətləndirmələrə görə, sənədlərdə ölkənin operativ müdafiəsinə dair məxfi məlumatlar olmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO