Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Hazırda oxunan: Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

623329

İyunun 24-də Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2954 nəfərə çatıb, 16 min 592 yaralı var.

Bizim.Media  xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 16 min 309 nəfər evsiz qalıb, 856 nəfərə ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 86 min 794 ailəyə yardım göstərilib və zərərçəkənlərə 9486 ton ərzaq paylanıb.

Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO