Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Hazırda oxunan: Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

622747

Livan Prezidenti Cozef Aun ötən həftə Vaşinqtonda imzalanan və Livan ilə İsrail arasındakı münasibətlərdə növbəti addımları müəyyən edən çərçivə sənədinə ünvanlanmış tənqidləri rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu sənəd iki dövlət arasında tamdəyərli saziş kimi nəzərdən keçirilməməlidir.

Aun çərçivə sənədinin saziş olmadığını xüsusi vurğulayıb.
 

"Livanın problemi suveren dövlət olan və öz adından danışıqlar aparmaq qərarını müstəqil şəkildə qəbul edən İsrail ilə bağlıdır. Livan bəzilərinin iddia etdiyi kimi öz hüquqi, siyasi və ya prinsipial mövqelərindən imtina etməyib", - deyə ölkə prezidenti bəyan edib.


Livan Vəkillər Kollegiyasının və iqtisadi təşkilatların nümayəndələri qarşısında çıxış edən Aun, həmçinin daxili parçalanmaya yol verməməyə və küçə etirazlarından çəkinməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO