Marko Rubio 2028-ci ildə Vensə görə prezidentliyə namizəd olmayacaq

Marko Rubio 2028-ci ildə Vensə görə prezidentliyə namizəd olmayacaq

Hazırda oxunan: Marko Rubio 2028-ci ildə Vensə görə prezidentliyə namizəd olmayacaq

622649

ABŞ-ın Dövlət katibi Marko Rubio, əgər hazırkı vitse-prezident Cey Di Vens (JD Vance) öz namizədliyini irəli sürərsə, 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi Dövlət katibinin ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rubio öz müşavirləri və köməkçiləri ilə söhbətlərində yerini Vensə güzəştə getmək niyyətində olduğunu dəfələrlə ifadə edib.
 

Bununla belə, AP qeyd edir ki, Rubio həm Dövlət katibi, həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini birləşdirərək, son aylarda Ağ Evin Milli Təhlükəsizlik Şurasında öz tərəfdaşlarını mühüm postlara yerləşdirib və aparat daxilindəki mövqelərini xeyli gücləndirib.


Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp "Fortune" jurnalına verdiyi müsahibədə 2028-ci il seçkilərində onun "Öncə Amerika" (America First) siyasətini davam etdirə biləcək mümkün varisi barədə sualdan yayınıb. ABŞ mediası isə iki ildən sonra keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından prezident postuna əsas namizədlər qismində məhz Marko Rubio və Cey Di Vensin adlarını mütəmadi olaraq hallandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO