Venesuelada möcüzə: 6 gün dağıntılar altında qalan 3 yaşlı uşaq xilas edildi!

Venesuelada möcüzə: 6 gün dağıntılar altında qalan 3 yaşlı uşaq xilas edildi!

Hazırda oxunan: Venesuelada möcüzə: 6 gün dağıntılar altında qalan 3 yaşlı uşaq xilas edildi!

622639

Venesuelada baş vermiş dağıdıcı zəlzələdən 6 gün sonra xilasedicilər inanılmaz bir möcüzəyə imza atıblar. Dağıntılar altından 3 yaşlı azyaşlı sağ-salamat çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Təbii fəlakətin üzərindən günlər keçməsinə və ümidlərin itməsinə baxmayaraq, axtarış-xilasetmə qrupları beton blokların altından uşaq səsi eşidiblər.

Saatlar davam edən həssas əməliyyat nəticəsində 3 yaşlı körpə zərər çəkmədən xilas edilərək dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər uşağın vəziyyətinin stabil olduğunu, lakin susuzluqdan əziyyət çəkdiyini və ciddi nəzarət altında saxlanıldığını bildiriblər. Hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO