Dünya üzrə ən çox sərvətə sahib milyarderlərin yeni siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" iyun ayı üçün yekun milyarderlər siyahısını açıqlayıb.
Reytinqə görə, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask milyarderlər siyahısında lider olmağa davam edir. Onun sərvəti 942 milyard dollardır. Maskın sərvəti ilin əvvəlindən bəri 322 milyard dollar artıb.
Siyahıda ikinci yeri 289 milyard dollarla Larri Peyc tutur. O, sərvətini ilin əvvəlindən bəri 19,5 milyard dollar artırıb.
Bu günə olan məlumata görə, dünyanın ən zəngin insanları aşağıdakılardır:
Beləliklə, dünyanın ən böyük məlumat bazası və korporativ proqram təminatı şirkətlərindən biri olan "Oracle" şirkətinin sahibi Larri Ellison siyahıda 3-cü yerdən 6-cı yerə enib. Belə ki, onun sərvəti ilin əvvəlindən bəri 45,4 milyard dollar azalıb.
Eyni zamanda, "Alphabet" şirkətinin lideri Sergey Brin isə sərvətini 18,1 milyard dollar artıraraq siyahıda 3-cü yerdə qərarlaşıb. Bundan əlavə, dünyanın ən böyük lüks mallar istehsalçısı olan "LVMH" şirkətinin sədri və baş direktoru Bernard Arno siyahıda 9-cu yerdən 8-ci yerə yüksəlib.
"Microsoft" şirkətinin icraçı direktoru Stiv Ballmer siyahıdakı ilk 10-luqdan çıxaraq 15-ci yerə enib. (iqtisadiyyat.az)

Bizim.Media



































































































