Rusiyanın Xalq artisti Alla Puqaçovaya Tailandda iki səhnə çıxışına görə 2 milyon dollar təklif olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, təşkilatçılar hər birinin qiyməti 30.000 dollar (2,7 milyon rubl) olan ön sıra biletləri ilə kütləvi şou təşkil etməyi planlaşdırıblar.
Müzakirələr həmçinin VIP qonaqları, o cümlədən məşhur biznesmenlər və digər varlı azarkeşləri əhatə edib.
Bundan əlavə, “Primadonna”ya özəl tədbirdə çıxış etmək üçün 500 min dollar təklif olunub. Puqaçeva daha əvvəl bildirmişdi ki, bu yay yüksək səviyyəli müştərilərin təkliflərini nəzərdən keçirməyə hazırdır.
Bizim.Media


































































































