Belarusda istilərə görə QIRMIZI TƏHLÜKƏ elan edildi

Belarusda istilərə görə QIRMIZI TƏHLÜKƏ elan edildi

Hazırda oxunan: Belarusda istilərə görə QIRMIZI TƏHLÜKƏ elan edildi

621896

Yaxın iki gün üçün Belarusda qırmızı təhlükə səviyyəsi elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "BelTA" agentliyinə Ekologiya Nazirliyinin Respublika Hidrometeorologiya, Radioaktiv Çirklənməyə Nəzarət və Ətraf Mühitin Monitorinqi Mərkəzindən məlumat verilib.
 

Proqnozlara görə, bazar günü, 28 iyunda respublikada hava az buludlu və əsasən yağıntısız keçəcək. Bununla belə, gecə saatlarında ölkənin şərqində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.


Termometrlərin əqrəbləri gecə 14–20°C, gündüz isə şimal-şərqdə +28°C-dən qərb rayonlarında +38 °C-dək isti olacaq.

Bazar ertəsi, 29 iyunda gündüz saatlarında Belarus ərazisinin böyük hissəsində maksimal hava temperaturu 35–39 °C, bəzi yerlərdə isə 30–34 °C təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO