Zelenski: Ukrayna Rusiyaya preventiv zərbələr endirəcək - VİDEO

Zelenski: Ukrayna Rusiyaya preventiv zərbələr endirəcək - VİDEO

Hazırda oxunan: Zelenski: Ukrayna Rusiyaya preventiv zərbələr endirəcək - VİDEO

621413

Ukrayna, Rusiyanın müharibə aparmaq üçün istifadə etdiyi strateji obyektlərə önləyici (preventiv) zərbələr endirməyə davam edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün növbəti videomüraciətində bəyan edib.

Kiyevin Rusiyanın enerji infrastrukturuna hücumları intensivləşdirdiyi bir vaxtda danışan Zelenski, bunun Moskvanı danışıqlar masasına oturmağa məcbur etmək məqsədi daşıdığını bildirib:

"Mən xüsusi xidmət orqanlarımıza və silahlı qüvvələrimizə Rusiyanın hərbi fəaliyyətini genişləndirmək üçün istifadə etdiyi obyektlərə qarşı preventiv tədbirlər görmək barədə tapşırıq vermişəm", — deyə dövlət başçısı vurğulayıb.

"Reuters" agentliyi xatırladır ki, Ukrayna dronlarının son hücumları nəticəsində işğal altındakı Krımın ən böyük şəhəri işıqsız qalıb, həmçinin Rusiyanın mərkəzi və cənub bölgələrindəki obyektlərə ciddi zərbələr endirilib. Kiyevin neft emalı zavodlarını (NEZ) hədəf alması fonunda ölkədə yanacaq böhranı daha da kəskinləşib. Sahə üzrə ekspertlərin məlumatına görə, PUA hücumlarından ciddi ziyan çəkmiş Moskva NEZ-in fəaliyyəti ən azı altı ay müddətinə dayandırılacaq. Nadir rəsmi statistikaya görə, artıq may ayında Rusiyada neft məhsulları və koks istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% azalıb.

Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun peyk rabitəsindən istifadəsini əngəlləmək məqsədilə kosmik rabitə mərkəzlərini də sıradan çıxarır. Son günlərdə Moskva vilayətindəki "Dubna" və Vladimir vilayətindəki "Vladimir" kosmik rabitə mərkəzləri uğurla vurulub.

Mətbuatın yazdığına görə, Moskvaya edilən ardıcıl dron hücumları fonunda Kremldə Dövlət Dumasına seçkilərin təxirə salınması, hətta yaxın perspektivdə tamamilə ləğv edilməsi barədə ciddi müzakirələr başlayıb.

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO