İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

Hazırda oxunan: İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

621141

İsrail iki ölkə arasında müzakirə olunan nizamlanma mexanizmi çərçivəsində qoşunlarını Livanın cənubundan qismən çıxara bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin "13-cü kanal"ı məlumat yayıb.
 

Telekanalın məlumatına görə, İsrail Ordusunun (SAXAL) nəzarətində olan bir sıra rayonlardan hərbi bölmələrin çıxarılması məsələsi Vaşinqtonda İsrail və Livan nümayəndə heyətləri arasında keçirilən danışıqlarda müzakirə olunur.


İsrail rəhbərliyindəki mənbə telekanala bildirib ki, hərbçilər son günlərdə bəzi əraziləri məhz danışıqlarda rıçaq (müzakirə predmeti) kimi istifadə etmək və sonradan oradan geri çəkilmək məqsədilə tutublar.

Onun sözlərinə görə, həmin rayonlar danışıqlar resursu kimi nəzərdən keçirilirdi.

Müzakirə olunan pilot plana əsasən, İsrail Livanın cənubundakı bəzi mövqeləri tərk edə və oraya nəzarəti Livan ordusuna təhvil verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO