İranda banklara kiberhücum OLDU

İranda banklara kiberhücum OLDU

Hazırda oxunan: İranda banklara kiberhücum OLDU

621096

İranda banklara növbəti kiberhücum olub.

Bizim.Media xəbər verir ki, hücum dalğası bank xidmətlərində yenidən ciddi problemlər yaradıb.

Hücumlar "Milli Bank", "Saderat" və "Tejarət" banklarının kart sistemlərini hədəf alıb, nəticədə kartlar, bankomatlar və mobil tətbiqlər müvəqqəti bloklanıb.

Bununla əlaqədar hazırda həmin bankların kartlarından, bankomatlardan (ATM), POS terminallarından və kart xidmətlərinə qoşulan mobil tətbiqlərdən istifadə mümkün deyil.
 

Mütəxəssislər müştəri məlumatlarının oğurlanmadığını bildirsələr də, bu, iyun ayında bank sisteminə edilən ikinci böyük kiberhücum olduğu deyilir.


Qeyd edək ki, ötən həftə də İranda bir neçə banka qarşı həyata keçirilən kiberhücumlar onların fəaliyyətində fasilələrə səbəb olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO