Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma

Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma

Hazırda oxunan: Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma

620924

Rusiyanın Voronej şəhərində yerləşən və hərbi təyinatlı elektronika istehsal edən “Voronej Yarımkeçirici Cihazlar Zavodu”nun (VZPP) Ukrayna tərəfindən yeni tip qanadlı raketlə vurulduğu ehtimal edilir.

Bizim.Media xəbər verir ki, “Defense Express” nəşrinin məlumatına görə, qanadlı raketlər üçün elektron komponentlər istehsal edən müəssisəyə zərbə naməlum tip raketlə endirilib.

Bu isə hücumda hansı silahın istifadə olunması ilə bağlı müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub.

Analitiklərin fikrincə, əsas versiyalardan biri Böyük Britaniya və Fransanın birgə istehsalı olan “Storm Shadow” qanadlı raketləridir. Lakin diqqət çəkən məqam odur ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əvvəlki hallarda bu raketlərdən istifadə edildiyini açıq şəkildə bildirirdisə, bu dəfə istifadə olunan vasitə barədə məlumat verməyib.

Nəşr hesab edir ki, hücumda Ukraynanın arsenalında olduğu rəsmi şəkildə açıqlanmayan digər silahlardan istifadə edilmiş ola bilər.

Mümkün variantlardan biri ABŞ-ın Ukrayna üçün hazırladığı ERAM proqramı çərçivəsində yaradılmış yeni AGM-188A “Rusty Dagger” qanadlı raketidir. İddialara görə, Rusiya tərəfi yaxın vaxtlarda bu raketin qalıqlarını aşkar edib ki, bu da onun artıq Ukrayna ordusunun istifadəsində ola biləcəyini göstərir.

Maksimum uçuş məsafəsi 930 kilometrdən çox olan raketin Voronejdəki hədəfi vurmaq imkanına malik olduğu qeyd olunur. Şəhər Ukrayna sərhədindən təxminən 180 kilometr məsafədə yerləşir.

Bununla belə, analitiklər zavod binasında yaranan dağıntıların miqyasının “Rusty Dagger” raketinin xüsusiyyətləri ilə tam uyğun gəlmədiyini bildirirlər.

Belə ki, raketin döyüş başlığının çəkisi cəmi 45 kiloqramdır. Halbuki yayılan görüntülərdə zavodun iki mərtəbəsinin çökdüyü və binanın böyük hissəsinin ciddi zədələndiyi görünür.

Bu səbəbdən ekspertlər daha güclü döyüş başlığına malik, 450 kiloqramlıq tandem yüksək partlayıcı döyüş hissəsi daşıyan “Storm Shadow” raketinin istifadə olunmasının daha real ehtimal olduğunu vurğulayırlar.

Hadisə ilə bağlı rəsmi təsdiq hələlik verilməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO