Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Hazırda oxunan: Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

620468

İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani, Donald Trampın Baş nazir Corcia Meloninin ünvanına səsləndirdiyi fikirlərdən sonra ABŞ-yə planlaşdırılan səfərini ləğv edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Trampın Baş nazir Corcia Meloninin ünvanına dediyi ağır və təhqiramiz ifadələr bütün İtaliyanı təhqir edir. Bu səbəbdən mən ABŞ-yə səfərimi ləğv etmək qərarına gəldim", — deyə XİN rəhbəri yazıb.

Tayaninin səfəri iyunun 21-i və 22-nə planlaşdırılmışdı.Vaşinqton və Roma arasında qalmaqal

Trampın Meloninin onunla şəkil çəkdirmək xahişi barədə bəyanatından sonra yaranıb.
 

İtaliyanın "La7" telekanalına müsahibəsində ABŞ lideri İtaliya Baş nazirinin birgə foto çəkdirmək üçün ona sanki "yalvardığını" iddia edib. Ağ Ev rəhbərinin sözlərinə görə, o razı olmaq istəməyib, sadəcə Meloniyə yazığı gəlib.


Meloni isə "X" sosial şəbəkəsində qeyd edib ki, nə o, nə də İtaliya heç vaxt heç kimdən heç nə xahiş etmir. Baş nazir həmçinin Trampın öz müttəfiqlərinə qarşı göstərdiyi hörmətsiz münasibətə təəccübləndiyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO