Moskvada benzin sürətlə BAHALAŞIR

Moskvada benzin sürətlə BAHALAŞIR

Hazırda oxunan: Moskvada benzin sürətlə BAHALAŞIR
620454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvadakı yanacaqdoldurma məntəqələrində benzinin qiymət artımı kəskin şəkildə sürətlənib.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, 15–19 iyun tarixlərinin yekunlarına görə, Moskva və Moskva vilayətində Aİ-92 və Aİ-95 markalı benzinin qiymət artımı əvvəlki həftələrlə müqayisədə 3–4 dəfə yüksəlib.

Daha sürətli bahalaşma Moskva vilayətində qeydə alınıb. Burada yanacağın qiyməti hər litr üçün 3 rubldan çox artıb.
 

Bazar iştirakçıları vəziyyəti belə izah edirlər: müstəqil yanacaqdoldurma məntəqələri yanacaq təklifinin ümumi azalması şəraitində daha bahalı Belarus benzini almağa məcbur qalırlar. Bu da pərakəndə satış qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olur.


Aİ-92 markalı benzin 15–19 iyun tarixlərində Moskvada 2,07 rubl bahalaşaraq 1 litr üçün 67,95 rubla yüksəlib. Halbuki əvvəlki dövrdə həftəlik artım 0,1–0,5 rubl arasında dəyişirdi.

Moskva vilayətində vəziyyət daha da nəzərəçarpandır. Bu həftə ərzində:

Aİ-95 benzininin orta qiyməti 3,44 rubl artaraq litr üçün 76,49 rubla çatıb;

Aİ-92 benzininin orta qiyməti 3,87 rubl yüksələrək litr üçün 69,71 rubla çatıb.

Dizel yanacağının qiymətində də ciddi artım qeydə alınıb:

Moskvada dizelin orta qiyməti 1,73 rubl artaraq litr üçün 81,7 rubla yüksəlib;

Moskva vilayətində isə qiymət 3,33 rubl bahalaşaraq litr üçün 82,85 rubla çatıb.

Mütəxəssislərin qeyd etdiyi kimi, bu, mart ayından bəri müşahidə olunan ən böyük qiymət artımıdır. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO