Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Hazırda oxunan: Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...
620347
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Konqo Demokratik Respublikasında Ebola epidemiyasına yoluxmuş və ya yoluxduğuna dair şübhəli bilinən pasiyentlər qida çatışmazlığı və pis şərait səbəbindən müalicə mərkəzlərindən qaçırlar.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Konqo Demokratik Respublikasında Ebola xəstələri yemək axtarışı üçün müalicə mərkəzlərindən qaçırlar. Bu isə aclığın virusun qarşısının alınması yolunda necə əsas maneələrdən birinə çevrildiyini nümayiş etdirir", - agentlik yazır.

Qeyd olunur ki, mayın sonundan bəri hökumət hesabatlarında epidemiya xəstələri üçün nəzərdə tutulmuş mərkəzlərdən 150-dən çox qaçış halı qeydə alınıb.

Əldə edilən məlumatlara əsasən,hətta Ebola şübhəsi olan 11 pasiyent qeyri-kafi qidalanma səbəbindən karantindən qaçıb.

Konqo Demokratik Respublikasının səhiyyə naziri Samuel Rocer Kamba daha əvvəl ölkədə Eboladan ölənlərin sayının 230-u keçdiyini, təsdiqlənmiş yoluxma hallarının sayının isə 900-ə yaxınlaşdığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO