Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Hazırda oxunan: Rusiyada Hakan Fidana fəxri ad verildi

619909

Türkiyənin xarici işlər naziri Hakan Fidana Rusiyanın nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGIMO) tərəfindən fəxri doktor adı verilib

Bizim.Media “milliyet.com.tr”yə istinadla xəbər verir ki, Rusiyaya rəsmi səfəri çərçivəsində təşkil olunan xüsusi mərasimdə bu ad nazirə institutun rektoru Anatoli Torkunov tərəfindən təqdim edilib.

Hakan Fidan çıxışında bu mükafatı Türkiyə-Rusiya münasibətlərinə və xalqlar arasındakı qarşılıqlı anlaşmaya verilən hörmətin rəmzi kimi qəbul etdiyini bildirib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri iyunun 16-dan Rusiyada rəsmi səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO