Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Hazırda oxunan: Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

619908

ABŞ Rusiya və Çinlə nüvə arsenallarının azaldılması barədə sövdələşmə bağlamaqda maraqlıdır.

Bizim.Media “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində təşkil olunmuş mətbuat konfransında bəyan edib.
 

Amerikalı liderin sözlərinə görə, ABŞ dünyada ən böyük nüvə arsenalına sahibdir, Rusiya ikinci yerdə qərarlaşıb, Çin isə beş ildən sonra onların səviyyəsinə yaxınlaşa bilər.


Tramp qeyd edib ki, Moskva, Vaşinqton və Pekin nüvəsizləşdirmə haqqında saziş imzalamalıdırlar.

"Dünyanı 300 dəfə partlatmaq imkanına malik olmağımıza ehtiyac yoxdur. Bu, sadəcə olaraq dəhşətlidir", - deyə o bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, tərəflərdən biri belə bir razılaşmanı bağlamağı çox istəyir, digəri isə "bunu o qədər də arzulamır". Lakin Tramp söhbətin kimdən getdiyini dəqiqləşdirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO