Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

Hazırda oxunan: Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

619836

Çinin ən böyük neft-qaz şirkətlərindən biri olan "CNOOC"un keçmiş rəhbər müavini Yuan Quanyuy rüşvət aldığına görə iki illik təxirəsalma şərti ilə ölüm cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yuan Quanyuy ümumilikdə 22.5 milyon dollar (təxminən 163 milyon yuan) həcmində rüşvət alıb.
 

İstintaq materiallarına görə, sabiq yüksək rütbəli məmur rüşvət müqabilində müxtəlif şirkətlərə iri müqavilələrin və tenderlərin udulmasında, həmçinin digər kommersiya güzəştlərinin əldə edilməsində qanunsuz köməklik göstərib.


Qeyd edək ki, Çin qanunvericiliyinə əsasən, iki illik təxirəsalma ilə verilən ölüm hökmləri, məhkum bu müddət ərzində başqa bir cinayət törətməzsə, adətən ömürlük həbs cəzası ilə əvəzlənir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO