Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 17-də Baş Prokurorluq tərəfindən təqdim olunmuş vəsatəti təmin edərək, "Güclü Ermənistan" blokunun seçki siyahısında yer alan David Kazinyan barəsində cinayət təqibinin başlanmasına razılıq verib.
Bizim.Media xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı məlumatda bildirilir ki, aparılan əməliyyat tədbirləri nəticəsində "Güclü Ermənistan" blokunun İrəvanın Ərəbkir inzibati rayonundakı qərargahının məsul şəxslərinin, eləcə də deputatlığa namizəd David Kazinyanın tərəfdarları və onlarla əməkdaşlıq edən bir qrup vətəndaşla qabaqcadan əlbir olaraq seçicilərə seçki rüşvəti vəd etdiklərinə və verdiklərinə dair faktiki məlumatlar əldə olunub.
Faktla bağlı cinayət işi başlanılıb, bir neçə nəfər saxlanılıb, axtarışlar və digər prosessual tədbirlər həyata keçirilib.
Xatırladaq ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi deputatlığa namizəd kimi qeydiyyata alınmış David Kazinyanın toxunulmazlığının ləğv edilməsi üçün MSK-ya vəsatət göndərilməsi məqsədilə Baş Prokurorluğa müraciət etmişdi.
Qeyd edək ki, "Güclü Ermənistan" partiyasının lideri Rusiya vətəndaşı, oliqarx Samvel Karapetyandır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:04 / 17.06.2026
Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ
Hazırda oxunan: Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ
Hazırda oxunan: Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ
619829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































