ABŞ Senatı İranla bağlı qətnaməni rədd etdi

ABŞ Senatı İranla bağlı qətnaməni rədd etdi

Hazırda oxunan: ABŞ Senatı İranla bağlı qətnaməni rədd etdi

619722

ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş qətnaməni qəbul edə bilməyib. Səsvermənin nəticələrinə əsasən, qətnamənin leyhinə 47, əleyhinə isə 48 senator səs verib.

Bizim.Media xəbər verir ki, sənədin əleyhinə səs verənlər arasında Demokratlar Partiyasının nümayəndəsi Con Fetterman da olub.

Respublikaçı senatorlar Rend Pol, Bill Kessidi, Liza Murkovski və Syuzan Kollinz isə partiya xəttindən kənara çıxaraq qətnaməni dəstəkləyiblər.
 

Son aylarda ABŞ-da prezidentin Konqresin razılığı olmadan başqa bir dövlətə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq hüququnun olub-olmaması barədə ciddi mübahisələr gedir. Tramp administrasiyası bu məsələdə hər hansı bir məhdudiyyətin olmadığını müdafiə edir. Konqres üzvlərinin çoxu isə belə addımlar üçün qanunverici hakimiyyətin "yaşıl işıq" yandırmalı olduğunu bildirir.


1973-cü il qanunu nə deyir?: ABŞ-ın 1973-cü ildə qəbul edilmiş Hərbi Səlahiyyətlər haqqında Qanununa əsasən, Konqres müharibə elan etmədiyi və ya hərbi güc tətbiqinə icazə vermədiyi təqdirdə, prezident hərbi əməliyyatları 60 gün müddətində dayandırmalıdır.

Qanun bu müddətin yalnız bir dəfə və maksimum 30 gün uzadılmasına icazə verir, bu şərtlə ki, prezident ABŞ qoşunlarının təhlükəsiz çıxarılması üçün əlavə vaxta ehtiyac olduğunu Konqresə yazılı şəkildə təsdiq etsin.

Hazırda Konqres İrana qarşı hərbi güc tətbiqini təsdiqləməyib və Ağ Ev belə bir icazə almağı planlaşdırdığına dair hər hansı bir siqnal verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO