ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verdi

ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verdi

Hazırda oxunan: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verdi

619704

ABŞ kəşfiyyat orqanları hesab edir ki, İran Hörmüz boğazını istənilən vaxt bağlamaq imkanına malikdir və bu, Tehrana qlobal iqtisadiyyata təsir göstərmək üçün güclü vasitə verir.

Bizim.Media xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
 

Mənbələrin sözlərinə görə, boğazın açıq saxlanılması ilə bağlı razılaşma üzərində iş aparılsa da, İran son münaqişə zamanı əsas dəniz arteriyasına çıxışı məhdudlaşdırmaq imkanını nümayiş etdirib.


ABŞ kəşfiyyatı hesab edir ki, Tehran gələcəkdə də bu rıçaqdan istifadə edə bilər.

Kəşfiyyat icmasının qiymətləndirmələri ilə tanış olan mənbələrdən biri CNN-ə bildirib ki, ABŞ faktiki olaraq boğaz üzərində nəzarəti İrana verib və bu təsir vasitəsi Tehrana strateji üstünlük qazandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO