Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

Hazırda oxunan: Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

619697

Bundesver (Almaniya Silahlı Qüvvələri) pilotsuz uçuş aparatlarından (PUA) müdafiə imkanlarının gücləndirilməsinə milyardlarla avro vəsait ayırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Nazirin sözlərinə görə, hazırda PUA-larla bağlı fəaliyyət planı hazırlanır və onilliyin sonunadək bu sahəyə təxminən 16 milyard avro sərmayə yatırılması nəzərdə tutulur.

Pistorius bildirib ki, Almaniya həm kəşfiyyat və zərbə dronları, həm də dron hücumlarının qarşısını alan sistemlər əldə edir. O vurğulayıb ki, əsas məqsəd bu imkanları operativ şəkildə ordunun istifadəsinə vermək və təlimlərdə tətbiq etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO