Lukaşenko Zelenskidən üzr istədi

Lukaşenko Zelenskidən üzr istədi

Hazırda oxunan: Lukaşenko Zelenskidən üzr istədi
619545
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 15-də "Əl-Ərəbiyyə" (Al Arabiya) televiziyasına verdiyi müsahibədə ukraynalı həmkarı Vladimir Zelenskidən gözlənilmədən üzr istəyib.

Bizim.Media xəbər verir ki, Aleksandr Lukaşenko Ukrayna böhranı və münaqişənin gedişatı fonunda rəsmi Kiyevlə münasibətlərə toxunaraq, Vladimir Zelenskinin ünvanına şəxsən səsləndirdiyi bəzi kəskin və emosional ifadələrə görə təəssüf hissi keçirdiyini bildirib.

O, siyasi gərginliyin şəxsi müstəviyə keçməməli olduğunu vurğulayıb.

Belarus rəhbəri bu addımı ilə regionda gərginliyin azaldılması və tərəflər arasında mümkün diplomatik təmasların bərpası üçün yeni bir siqnal verdiyini nümayiş etdirib.

Bu bəyanat beynəlxalq analitiklər və media tərəfindən Minsk-Kiyev xəttində ritorikanın yumşaldılması istiqamətində sürpriz bir gediş kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO