Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Hazırda oxunan: Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"
619170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın Baş naziri Peter Madyar iyunun 15-nə təyin edilmiş Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını şərh edib. Hökumət başçısı bu addımın sadəcə uzunmüddətli bir prosesin ilk mərhələsi olduğunu və tamhüquqlu üzvlüyün uzun illər tələb edəcəyini vurğulayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Peter Madyar bəzi ölkələrin onilliklərdir bu yolda gözlədiyini nümunə gətirib.

Baş nazir Ukrayna üçün inteqrasiya prosesinin sürətli olmayacağına diqqət çəkib:

"İyunun 15-də start götürəcək danışıqlar prosesi çox uzun bir yolun başlanğıcıdır. Bu proses bir çox illər aparacaq. Məsələn, Monteneqronu (Çernoqoriya) götürək; bu ölkə hələ 2012-ci ildən bəri Aİ ilə üzvlük danışıqları aparır, lakin indiyə qədər ittifaqın tərkibinə daxil ola bilməyib".

Madyar həmçinin əlavə edib ki, rəsmi Budapeşt Avropa strukturlarının fəaliyyətini yaxından izləyəcək və Macarıstanın milli maraqlarını, o cümlədən regiondakı azlıqların hüquqlarını qorumağa davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO