ABŞ-nin Texas ştatının Midlend şəhərində baş verən atışma nəticəsində 12 nəfər yaralanıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında şəhər meri Lori Blonq məlumat verib.
Polisin verdiyi məlumata görə, hadisə iyunun 12-də baş verib. Belə ki, cinayətkar insanlara atəş açdıqdan sonra binada gizlənib. Hadisə yerinə gələn polis əməkdaşları tikilinin daxilindən gələn atəş səslərini eşidiblər. Hadisənin baş verdiyi ərazi dərhal mühasirəyə alınıb və əraziyə xüsusi təyinatlı qüvvələr cəlb edilib.
Yerli hakimiyyət orqanlarının son məlumatına görə, Midlenddəki atışma ilə bağlı vəziyyət artıq nəzarətə götürülüb və şübhəli şəxs zərərsizləşdirilib.
"Atışma ilə bağlı insident tam həll olunub", — şəhər administrasiyasının rəsmi hesabında dərc olunan məlumatda qeyd edilib.
Bizim.Media

































































































