Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Hazırda oxunan: Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

618561

Avstraliya hakimiyyəti Kosyuşko Milli Parkında "brumbi" cinsindən olan vəhşi atların vertolyotlardan odlu silahla kütləvi şəkildə məhv edilməsinə başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Əməliyyat sayı 16 minə çatan at populyasiyasını azaltmağa yönəlib. Rəsmi şəxslərin bildirdiyinə görə, bu heyvanlar bölgənin həssas ekosisteminə ciddi ziyan vurur.

Sözügedən qərar heyvan hüquqları müdafiəçilərinin şiddətli müqavimətinə səbəb olub. Atların vurulmasına qarşı başladılan petisiya sosial şəbəkələrdə təxminən 220 min imza toplayıb.
 

Fəallar bu üsulu "tamamilə barbarlıq", qeyri-insani və qeyri-şəffaf adlandırır, "brumbi" atlarının avstraliyalılar üçün mədəni və tarixi dəyərə malik olduğunu israr edirlər.


Buna baxmayaraq, təbiəti mühafizə idarələri artan populyasiyanın yerli bitki örtüyünə və torpağa vurduğu ziyanın elmi sübutlara söykəndiyini təkid edirlər.

Atların odlu silahla məhv edilməsi prosesi iyunun sonuna qədər davam edəcək. Bununla paralel olaraq alternativ üsullar da - tutularaq başqa yerə köçürülmə və atların artımının nəzarətə götürülməsi prosesi də nəzərdən keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO