BƏƏ uçuşlara qoyulan məhdudiyyətləri uzatdı

BƏƏ uçuşlara qoyulan məhdudiyyətləri uzatdı

Hazırda oxunan: BƏƏ uçuşlara qoyulan məhdudiyyətləri uzatdı

618057

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərliyi ölkənin hava məkanında əvvəllər tətbiq edilmiş uçuş məhdudiyyətlərinin müddətini iyunun 23-nə qədər uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti vurğulayıb ki, BƏƏ hava limanlarına uçuşlar və oradan gedişlər üçün altı dəhliz və hava sərhədinin kəsilməsinə nəzarət nöqtələri müəyyən edilib.

Mayın 5-də BƏƏ hakimiyyəti xarici aviaşirkətlərə ölkəyə uçuşlar zamanı yarana biləcək əməliyyat risklərini qiymətləndirmək zərurəti barədə xəbərdarlıq etmişdi.

Reyslərin yerinə yetirilməsi üçün daşıyıcılardan riskləri qiymətləndirmək, müvafiq sorğu təqdim etmək və lazımi bildirişi gözləmək tələb olunub. Lakin qaydalar repatriasiya reyslərinə, həmçinin sanitar və dövlət aviasiyasının uçuşlarına şamil edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO