Milyarderlər qlobal risklərdən qorunmaq üçün fərqli ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış hüququ almağa çalışırlar. Son dövrlərdə artan qeyri-müəyyənliklər, təhlükəsizlik narahatlıqları və iqtisadi böhranlar dünyanın ən varlı şəxslərini alternativ yaşayış imkanları axtarmağa məcbur edir.
Bizim.Media xəbər verir ki, sərvət sahibləri artıq həyat tərzlərini qorumağın yolunu yalnız bir ölkə ilə məhdudlaşmamaqda görürlər.
Xüsusilə amerikalı investorlar arasında ikinci pasport proqramlarına müraciət edənlərin sayı kəskin artıb.
Varlı şəxslər investisiya qərarlarında siyasi sabitlik, yüksək həyat keyfiyyəti və təhlükəsizlik təklif edən regionları ön plana çıxarırlar. Bu baxımdan Avropa ölkələri ən populyar istiqamətlər hesab olunur. Avropada birbaşa investisiya qarşılığında vətəndaşlıq verən Malta xüsusilə diqqət mərkəzindədir.
Ekspertlərin rəyinə görə, varlı təbəqə Avstriya və Yeni Zelandiya ilə yanaşı, Sent-Kits və Nevis, həmçinin Antiqua və Barbuda kimi ada dövlətlərinin təqdim etdiyi proqramlara da böyük maraq göstərir. Bu cür strateji addımlar varlı şəxslərə həm qlobal miqyasda hərəkət azadlığı qazandırır, həm də riskli dövrlərdə etibarlı sığınacaq rolunu oynayır. (Demokrat.az)
Bizim.Media




































































































