Böyük Britaniyanın "Kral Poçtu" (Royal Mail) ölkə sakinlərinə unikal bir gecikmə ilə yadda qalan xidmət göstərib.
Bizim.Media xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, Çester şəhərində yaşayan fantastika yazıçısı Pol Edvardsın poçt qutusuna düz 19 il əvvəl abunə olduğu jurnal çatdırılıb.
Məlumata görə, yazıçı uşaq tərbiyəsindən bəhs edən "Mother & Baby" (Ana və Körpə) jurnalını hələ 2007-ci ildə sifariş edibmiş. Həmin vaxt onun qızının il yarım yaşı var idi, həyat yoldaşı isə oğlan övladına hamilə idi. Sifarişin üstündən keçən 19 ildən sonra – iyunun 5-də jurnal nəhayət ünvana çatıb. Hazırda yazıçının övladlarının 18 və 20 yaşları var və hər ikisi universitetdə təhsil alır.
"Kral Poçtu" köhnəlmiş jurnal nüsxəsi ilə bərabər, qutuya "yaradılmış narahatlığa görə" üzrxahlıq qeydi də buraxıb.
Pol Edvards hadisəyə yumorla yanaşaraq bunları deyib:
"Düzü, o vaxt jurnalın gəlib çıxmadığının heç fərqində də olmamışıq. İndi isə o, qəfildən poçt qutumuzda peyda oldu. Məni ən çox təəccübləndirən və güldürən isə “narahatlığa görə üzr istəyirik” qeydi oldu. Axı mənim uşaqlarım artıq böyüyüb".
Bizim.Media






































































































