ABŞ Çaqos arxipelaqını satın almaq İSTƏYİR

ABŞ Çaqos arxipelaqını satın almaq İSTƏYİR

Hazırda oxunan: ABŞ Çaqos arxipelaqını satın almaq İSTƏYİR

617830

ABŞ Prezidenti Donald Tramp administrasiyası, üzərində strateji cəhətdən mühüm əhəmiyyətə malik Böyük Britaniya-ABŞ Hərbi Hava Qüvvələrinin "Dieqo-Qarsiya" bazasının yerləşdiyi Çaqos arxipelaqını Məvrikidən satın almaq imkanını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə "Telegraph" qəzeti öz mənbələrinə istinadən yazır.

Mənbələrin bildirdiyinə görə, adaların satın alınması ideyası Böyük Britaniyanın Baş naziri Kir Starmerin arxipelaqın suverenliyini təhvil vermək planını potensial olaraq pozmaq məqsədi daşıyır.

Məqalədə qeyd olunur: "ABŞ-dəkı rəsmi şəxslər, adanın gələcəyi ətrafındakı qeyri-müəyyənlik fonunda Britaniyadan yan keçmək və “Dieqo-Qarsiya” üzərində nəzarəti ələ keçirmək üçün öz sövdələşmələrini həyata keçirmək məqsədilə təklif hazırlayıblar".
 

Bununla belə, mənbələr qeyd edirlər ki, bu variant hazırda ABŞ administrasiyası üçün hələlik prioritet hesab olunmur.


Ağ Evin və Britaniya baş nazirinin iqamətgahının nümayəndələri "Dieqo-Qarsiya" bazasının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair məsləhətləşmələri davam etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO